Astarada qazi ailəsi ilə bağlı dəstək işləri görülür
Bakı, 10 fevral, AZƏRTAC
Astara rayon sakini Quliyev Eldar Fərzəli oğlu Vətən müharibəsində iştirak edərək Qələbəmizə öz töhfəsini verib.
Döyüşlər zamanı xəsarətlər almış qazini bu günlərdə evində ziyarət edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onun əlilliyinin qiymətləndirilməsinin aparılacağı barədə məlumat veriblər. Bildirilib ki, əlillik dərəcəsi təyin edildiyi halda qaziyə birdəfəlik və aylıq sosial ödənişlər veriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ailənin sosial vəziyyəti öyrənilib. Müəyyən olunub ki, E.Quliyev müddətdən artıq hərbi xidmət edən şəxsdir. Anası I dərəcə əlilliyi olan şəxs kimi aylıq pensiya və təqaüdlə təmin edilir.
Ailəli olan Eldarın həyat yoldaşının hazırda işləmədiyi və istəyi nəzərə alınaraq un məmulatlarının istehsalı sahəsi üzrə kiçik müəssisəsini qurmaq üçün özünüməşğulluq proqramına cəlb olunub. O, biznes planını uğurla müdafiə etdikdən sonra aktivlərlə təmin olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]