At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO
Tərtər, 7 fevral, AZƏRTAC
Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:51]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:44]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]