ATBULAQDA KƏRPİC ZAVODU TİKİLİR
AZƏRTAC xəbər verir ki, Hacıqabul rayonunun Atbulaq kəndində "R - Turan" Məhdud Məsuliyyətli Cəmiyyətinin sutkada 60 min ədəd inşaat kərpici hazırlamaq gücü olan zavodu inşa edilir.
Obyektdə indiyədək 2,2 milyon manatlıqdan artıq iş görülmüş, əsas korpuslar tikilmişdir. Tezliklə texnoloji avadanlığın quraşdırılmasına başlanacaqdır.
Smeta dəyəri 5 milyon manat olan və bu ilin axırınadək istifadəyə verilməsi nəzərdə tutulan zavodda ilkin mərhələdə 200 nəfər işlə təmin olunacaqdır.