Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Atəşkəs” sənədli filmi Azərbaycan dilində ilk dəfə nümayiş olunub [YENİLƏNİB] VİDEO

Macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən birgə işi dünyaya sülh mesajıdır

Bakı, 17 fevral, AZƏRTAC

Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan dilində ilk dəfə nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin çəkilişi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən reallaşdırılıb. Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən BAMF-ın sədri Umud Mirzəyev film haqqında ətraflı məlumat verib. Bildirilib ki, iki il müddətinə ərsəyə gələn film Macarıstanın məşhur “Oriqo” studiyasında macar dilində çəkilib. Film macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Ekran əsərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün ayrı-ayrı mərhələləri, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən xalqımızın tarixi-mədəni irsi və ənənələri, digər kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, soyqırımları, Qarabağ müharibəsinin törətdiyi fəlakətlər, Xocalı faciəsi filmin leytmotivini təşkil edir.

Macar Turan Fondunun sədri Andros Bironun ssenarisi əsasında çəkilən filmin direktoru Qabor Szabodur. Film 2015-ci ilin dekabrında Budapeştdə macar dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub. Filmin premyerasında Macarıstan Parlamentinin spikerinin baş müşaviri, deputatlar, hökumət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, elm adamları, jurnalistlər iştirak ediblər.

Diqqətə çatdırılıb ki, ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə BAMF tərəfindən Azərbaycan dilinə dublyaj edilib. Sənədli film Avropada nümayiş olunması nəzərdə tutulan tarixi, mədəni, etnokulturoloji faktlarla zəngin ilk yaradıcılıq məhsuludur.

Sonra film nümayiş olunub.

Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də işğal nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı əksini tapıb. Filmə işğaldan əvvəl Dağlıq Qarabağda yaşayan azərbaycanlıların həyat tərzindən, Şuşada keçirilən toy mərasimlərindən ilk dəfə olaraq unikal kadrlar daxil edilib. Ekran əsərində macar, alman, fransız, amerikan ekspertlərinin münaqişənin həlli ilə bağlı fikir və rəyləri, həmçinin bu hadisələrin canlı şahidlərinin ifadələri yer alıb.

Böyük maraqla qarşılanan filmin təqdimatından sonra Macar Turan Fondunun sədri Andros Biro Azərbaycan və macar xalqlarının dostluq əlaqələrindən söz açıb. Filmin dünyaya bir mesaj olduğunu söyləyən fondun sədri bildirib ki, ekran əsərində əksini tapan hadisələr insanlığın faciəsidir. Avropada ilk dəfə Azərbaycan xalqının faciələrini, əsl həqiqətləri sənədli filmdə toplayaraq dünyaya çatdırmasından qürur duyduğunu söyləyən Andros Biro bundan sonra da əməkdaşlığı davam etdirəcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev sənədli filmin “İşğalın qurbanı” layihəsi çərçivəsində çəkildiyini diqqətə çatdıraraq bu işdə əməyi olan hər kəsə minnətdarlıq edib. Vurğulayıb ki, dünyaya həqiqətən bir sülh mesajı olan film çox uğurlu alınıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək deyib ki, bu gün sonsuz kədər və məyusluq doğuran hadisələrin xronologiyasını yenidən xatırladıq. Belə ki, 24 il bundan əvvəl bəşəriyyət insanlığa qarşı indiyədək törədilmiş cinayətlər sırasında özünün bütün əlamətlərinə görə xüsusi qəddarlıqla müşayiət olunan Xocalı faciəsinə şahidlik etdi. Çox təəssüf ki, şahidlik etdi və susdu.

Əli Həsənov deyib: “Xocalı faciəsindən 24 il keçməsinə baxmayaraq, bununla bağlı həqiqətləri, real faktları, törədilmiş faciənin miqyasını və ümumiyyətlə, bir xalqa qarşı törədilmiş etnik soyqırımının bütün dəhşətlərini yalnız son illərdə bəşəriyyətə çatdıra bilmişik. Azərbaycan xalqına qarşı bu soyqırımını indiki Ermənistana rəhbərlik edən bəzi siyasətçilər, o cümlədən Ermənistan prezidenti də daxil olmaqla, Cənubi Qafqazda separatçılıq hərəkatını başlayan bir qrup həyata keçirib. Biz, əlbəttə, bu həqiqətləri dünyaya çatdırmaqla heç də Azərbaycan xalqında, tərəqqipərvər bəşəriyyətdə erməni xalqına nifrət aşılamaq məqsədi güdmürük. Biz erməni xalqını bu gün də düşmənimiz saymırıq. Məqsədimiz erməni xalqının üzərində hakimiyyətə gələn bugünkü cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən həmin cinayətkar insanları dünyaya tanıtmaqdır”.

Xocalı faciəsinə, 20 Yanvar qırğınına və digər bu kimi hadisələrə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra siyasi qiymət verildiyini xatırladan Əli Həsənov qeyd edib ki, Cənubi Qafqazda tarix boyu çox qarşıdurmalar olub. Bu ərazilərə yiyələnmək üçün ayrı-ayrı imperiyalar müharibələr aparıb. Lakin heç bir imperiya, heç bir dövlət ermənilərin burada törətdikləri vəhşiliklərə yol verməyib, bir gecənin içərisində yüzlərlə dinc insanı bu cür amansızlıqla qətlə yetirməyib. Soyqırımı siyasətini Cənubi Qafqaza ermənilər gətiriblər. Onlar bütün dövrlərdə xalqları bir-birinə qarşı qaldıraraq bundan öz siyasi və hakimiyyət ambisiyaları məqsədilə istifadə ediblər.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə və onun fəsadlarına qiymət verib. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və sivil dünyaya meydan oxuyaraq bu gün bəşəriyyətin iradəsinə qarşı çıxması tendensiyasını dünyaya çatdırıb.

BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinə Ermənistanın neçə illərdir məhəl qoymadığını bildirən Əli Həsənov bunu qurumun dünyada hələ də həqiqət axtarışlarına lazımi dəstək verə bilməməsi kimi dəyərləndirib. Təəssüflə qeyd edib ki, BMT-nin də bilavasitə iştirakı ilə yaranan Minsk qrupu, eləcə də ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar çərçivəsində yanaşmaqda davam edir, haqqı nahaqdan ayırmır.

“Bütün bunların nəticəsidir ki, biz Dağlıq Qarabağ faciəsinin nəticələrini aradan qaldıra bilmirik. 24 ildir ki, biz öz ev-eşiyindən, yurdundan, yuvasından didərgin salınmış Azərbaycan vətəndaşlarını öz doğma yurd-yuvasına qaytara bilmirik. Bunun da fəsadları, gördüyünüz kimi, bu gün həm regionu, həm də Avropanı və dünyanı bürüyür. Bu gün Avropada, dünyada yaranan böyük münaqişələrin, separatçı hərəkətlərin, insanlıq faciələrinin çoxunun təməlində məhz Cənubi Qafqazda alovlanan etnik separatizm və buna ikili standartlar çərçivəsində yanaşma dayanır. Odur ki, biz - Azərbaycan dövləti, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”, - deyə Əli Həsənov bildirib.

Əli Həsənov son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən söz açıb və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, təqdim olunan ekran əsəri də məhz bu istiqamətdə aparılan işlərə bir dəstəkdir.

Filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ekran əsərinin əhəmiyyətindən danışıb, yaradıcı kollektivin real həqiqətlərə söykənən sülhə çağırış ideyasını yüksək qiymətləndirib.

Sonda filmin hazırlanmasında xüsusi əməyi olan Macar Turan Fondunun sədri Andros Biroya və BAMF-ın sədri Umud Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının diplomları təqdim olunub.

“Atəşkəs” sənədli filmi Azərbaycan dilində ilk dəfə nümayiş olunub [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləşmob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət iş üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək