ATƏT AZƏRBAYCANDA HÜQUQŞÜNAS KADRLARIN PEŞƏ HAZIRLIĞINA KÖMƏK EDİR
ATƏT-in Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin proqram çərçivəsində gənc hüquqşünaslar cari ilin sonunadək paytaxtın müxtəlif məhkəmə instansiyalarında, habelə hüquq firmalarında təcrübə keçəcəklər.
Proqram işləri təhsil və ədliyyə nazirliklərinin, Azərbaycan Gənc Hüquqşünaslar İttifaqının, Bakının ali məktəblərinin və Vəkillər Kollegiyasının iştirakı və ATƏT-in maliyyə yardımı ilə aparılır.
Tələbələr bütün prosessual təminatlara riayət edilməklə, hüquqi araşdırmaları öyrənəcəklər. Bu, onların gələcək əmək fəaliyyətinə müsbət təsir göstərəcəkdir.