ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstanın Baş naziri ilə görüşü ləğv edib
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü ləğv olunub.
AZƏRTAC Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Finlandiyanın “Helsingin Sanomat” qəzeti məlumat yayıb. Bildirilir ki, görüş Finlandiya tərəfinin təşəbbüsü ilə Elina Valtonenin iş qrafikindəki dəyişikliklərlə əlaqədardır. Finlandiyalı nazir Gürcüstan hökumətinin hər hansı seçki tədbirlərində iştirak etməsi və ya yalan məlumat yayması iddialarını rədd edib. Valtonen mətbuata açıqlamasında deyib: "Mən Gürcüstanda həftələr və aylardır davam edən nümayişləri görmək üçün orada idim. Söz azadlığına dəstəyimi ifadə etmək istədim. Gürcüstan hökumətinin mənə qarşı reaksiyasından sonra mən də görüşü ləğv edərək cavab verməli oldum”.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]