ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsi əsaslı təmir edilib
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsi əsaslı təmir olunub.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 8 otaq həm təmir olunub, həm də şöbənin maddi-texniki təchizatı yaxşılaşdırılıb. Tibbi avadanlıqla yanaşı, şöbənin fəaliyyəti üçün zəruri olan infrastruktur da yenilənib. Əməliyyatxana müasir cihazlarla təchiz edilərək istifadəyə hazır vəziyyətə gətirilib.
Görülən işlər əhaliyə göstərilən oftalmoloji xidməti daha da təkmilləşdirməyə imkan verir.