Auditorlar Palatası təlim təşkil edəcək
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 18-də "Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi" mövzusunda birhəftəlik təlim keçiriləcək.
Auditorlar Palatasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və palatanın birgə təşkilatçılığı ilə baş tutacaq təlim ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə keçirilir.
Təlimlər "Ernst & Young", "Praysvoterhauskupers", "Deloitte & Touche", "KPMC" beynəlxalq auditor şirkətlərinin, "Barattson School of Business & Finance" tədris mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri tərəfindən aparılacaq.
ASK-nın inzibati binasında keçiriləcək təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların maliyyə hesabatları hazırlanmasına məsul olan şəxslər iştirak edə bilərlər. Sonda iştirakçılara müvafiq sertifikatlar verilir. Təlimlər ödənişlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [10:38]
Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO
- 20.09.2026 [09:30]
Azərbaycanda Neftçilər Günü qeyd edilir
- 19.09.2026 [21:16]
Sürücülərin nəzərinə
- 19.09.2026 [20:22]
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
- 19.09.2026 [10:11]
Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var
- 18.09.2026 [22:23]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]