Aviqdor Liberman: Azərbaycan demokratiyanın bariz nümunəsidir
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan demokratiyanın, sabitliyin və uğurlu xarici siyasətin bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Seçki-2015.az saytına açıqlamasında İsrailin keçmiş xarici işlər naziri, “Naş dom İsrail” partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman deyib.
O bildirib ki, müəyyən dairələr bu uğurlu siyasət xəttini görmək və qəbul etmək istəmirlər. Azərbaycanda bütün hüquqlar təmin olunub. Bu ölkəyə qarşı seçki ərəfəsində təzyiq ikili standartlardan irəli gəlir.
A.Liberman qeyd edib ki, İsrail dövləti də daim ikili standartlarla üzləşir və bu baxımdan Azərbaycanın vəziyyətini yaxşı başa düşür. Keçmiş nazir deyib: “Hazırda bir çox dövlətlər Azərbaycana “başağrısı” yaratmaq niyyətindədirlər. Amma əminəm ki, Azərbaycanın müdrik və uğurlu xarici siyasət xətti buna imkan verməyəcək”.
İsrailin keçmiş xarici işlər naziri Azərbaycanda parlament seçkilərinin beynəlxalq tələblərə uyğun keçiriləcəyinə əminliyini bildirib. O deyib ki, əhali parlament seçkilərində sərbəst seçimini edəcək və bu seçkilərin nəticəsi Azərbaycanı tənqid edən bəzi qüvvələr üçün yaxşı dərs olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [15:25]