AVQUSTDA 1,6 MİLYARD KİLOVAT-SAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLMİŞDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, avqustda ölkənin enerji sistemində 1,6 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Bunun 1,5 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 0,1 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşür.
Bu müddətdə qonşu dövlətlərlə enerji mübadiləsi davam etdirilmişdir. Qarşılıqlı müqavilələrə əsasən, ay ərzində respublikamızın enerji sisteminə Rusiyadan, İrandan, Türkiyədən və Gürcüstandan elektrik enerjisi daxil olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]