Avro-2024: İspaniya millisi Fransaya qalib gələrək finala yüksəlib YENİLƏNİB-6
Bakı, 10 iyul, AZƏRTAC
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma İspaniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da ispanlar Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, növbəti finalçı bu gün baş tutacaq Niderland-İngiltərə oyunundan sonra məlum olacaq.
00:12
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk yarıdan sonra İspaniya seçməsinin 2:1 hesablı üstünlüyü var.
Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.
23:49
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə İspaniya seçməsinin 2:1 hesablı üstünlüyü ilə yollanıb.
Qeyd edək ki, görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.
23:31
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində fransalıların müdafiəçisi Jül Kunde avtoqol müəllifi olub.
Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.
23:27
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda hesab bərabərləşib.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 21-ci dəqiqəsində ispanların üzvü Lamin Yamal möhtəşəm qolla tablodakı rəqəmləri bərabərləşdirib.
Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.
23:18
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 9-cu dəqiqəsində fransalıların heyətində Kolo Muani komandasını önə keçirib.
Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.
23:01
Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn İspaniya və Fransa yığmaları arasındakı oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edir.