Avro-2024: “Qızıl buts” mükafatı 6 futbolçuya veriləcək
Bakı, 15 iyul, AZƏRTAC
Almaniyada keçirilmiş Avropa çempionatında “Qızıl buts” mükafatını alacaq futbolçular bəlli olub.
AZƏRTAC xəbər verir ki, mükafat hərəyə 3 qol vuran 6 bombardirə təqdim olunacaq. Bunlar ispaniyalı Dani Olmo, ingiltərəli Harri Keyn, gürcüstanlı Jorj Mikautadze, slovakiyalı İvan Şrants, almaniyalı Camal Musiala və niderlandlı Kodi Qakpodur.
UEFA-nın yeni qaydalarına əsasən, “Qızıl buts” mükafatı turnirdə ən çox qol vuran futbolçuların hamısına veriləcək. Əvvəlki Avropa çempionatlarında isə topların sayı eyni olardısa, əlavə göstəricilərə baxılırdı.
Qeyd edək ki, “Avro-2024”ün qalibi finalda İngiltərə millisinə 2:1 hesabı ilə qalib gələn İspaniya yığması olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]