Avrokomissiya Latviyaya COVID-19 böhranının fəsadlarının azaldılması üçün maliyyə vəsaiti ayıracaq
Riqa, 24 iyul, AZƏRTAC
Avropa Komissiyası COVID-19 pandemiyasının nəticələrinin azaldılmasına yönəldilmiş layihələr çərçivəsində Latviyaya təxminən 400 milyon avro məbləğində vəsait ayırmaq planını təsdiq edib.
AZƏRTAC Latviyanın Maliyyə Nazirliyindən “LETA” agentliyinə verilən məlumata istinadla xəbər verir ki, Latviya 500 milyon avronun bölüşdürülməsi ilə bağlı təklifləri Avropa Komissiyası tərəfindən təsdiqlənməsi üçün təqdim etsə də, hələlik 386 milyon avronun bölüşdürülməsi üçün qərarlar təsdiqlənib, qalan 109 milyon avronun nəqliyyat sahəsinin konkret obyektləri üzrə bölüşdürülməsi hələ Avrokomissiya ilə müzakirə olunacaq.
Avropa Komissiyasının təsdiq etdiyi düzəlişlər Avropa İttifaqının 386 milyon avro məbləğində maliyyə dəstəyini iqtisadi bərpa tədbirlərinə − qısa zaman ərzində həyata keçirilməsi mümkün olan layihələrə yönəltməyi nəzərdə tutur.
Maliyyə Nazirliyindən bildirilib ki, vəsait ilk növbədə, yoluxucu xəstəliklər və psixiatriya sahəsində potensialın möhkəmləndirilməsinə, təcili yatırımların təmin edilməsi məqsədilə səhiyyə sisteminin gücləndirilməsinə ayrılacaq.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]