Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları bəlli olub
Bakı, 8 oktyabr, AZƏRTAC
Polşanın Raşin şəhərində keçiriləcək yeniyetmələr və 23 yaşadək gənclər arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları müəyyənləşib.
AZƏRTAC Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milli komanda turnirdə 11 idmançı ilə təmsil olunacaq.
Yeniyetmə oğlanların mübarizəsində Elşən Məmmədov (61 kiloqram), Qasım İsmayılov (67 kiloqram), Mahmud Qədirov (73 kiloqram), Ravin Əlməmmədov (81 kiloqram), Nurlan Məmmədzadə (89 kiloqram), qızlar arasında Rahilə Hüseynzadə (81 kiloqram) gücünü yoxlayacaq.
U-23 oğlanların yarışında Tehran Məmmədov, Fuad Həsənov (hər ikisi 67 kiloqram), Ömər Cavadov, Fuqan Əliyev (hər ikisi 81 kiloqram) və Əli Şükürlü (109 kiloqram) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa birinciliyi oktyabrın 26-dan noyabrın 3-dək təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]