Avropa çempionatı: Azərbaycan boksçusu bürünc medal qazanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-23 yaşadək Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda polşalı Dominika Kuçyevska ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə başa çatdığından Azərbaycan təmsilçisi bürünc medalla kifayətlənib.
Qeyd edək ki, bu gün, həmçinin Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (51 kiloqram) və Murad Allahverdiyev (80 kiloqram) yarımfinal görüşlərini keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]