Avropa çempionatı: Azərbaycanın 4 şahmatçısı dünya kuboku yarışına vəsiqə qazanıb
Bakı, 7 aprel, AZƏRTAC
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyində təmsilçilərimizdən ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. Belə ki, 11 turdan 8 xal toplayan şahmatçımız 3-8-ci yerləri bölüşüb. Digər şahmatçılarımızdan 7,5 xal qazanan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-10-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.
Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.
Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]