Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edib
Bakı, 2 iyun, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/8 finalda Qazaxıstan seçməsi ilə qarşılaşıb.
"Tipos Arena"da keçirilən qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.
Günün digər görüşlərində Rumıniya millisi Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya isə Monteneqronu (2:0) məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]