Avropa çempionatında 6 cüdoçumuz mübarizəyə qoşulur
Bakı, 19 noyabr, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatının ilk yarış günündə 6 cüdoçumuz mübarizəyə qoşulur.
AZƏRTAC xəbər verir ki, qitə çempionatında kişilər arasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə moldovalı Vadim Bunesku, Orxan Səfərov italiyalı Manuel Lombardla güclərini sınayacaqlar.
Qadın cüdoçuların yarışında Aişə Qurbanlı kosovalı Distria Krasniqi, Leyla Əliyeva (hər ikisi 48 kq) Katarina Menz, Gültac Məmmədəliyeva (52 kq) gürcüstanlı Tetiana Levytska-Şukvani, Aleksandra-Larisa Florian (57 kq) niderlandlı Sanne Verhagen ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, qitə çempionatında Azərbaycanı ümumilikdə 14 idmançı təmsil edəcək.
Avropa çempionatı noyabrın 21-dək davam edəcək. Qitə birinciliyində 40 ölkədən 345 cüdoçu iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]