AVROPA EKSPERTLƏRİ MOSKVADA İRQÇİLİKLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
Martın 20-də Moskvada Avropa ekspertlərinin irqçilik, əcnəbilərə nifrət, ayrı-seçkiliklə mübarizə və bunlarla əlaqədar Avropada dözümsüzlük məsələləri ilə bağlı müşavirəsi keçirilmişdir. Müşavirə YUNESKO-nun Moskva bürosu və digər beynəlxalq və qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunmuşdur.
Tədbirdə ölkəmizi təmsil edən YUNESKO-nun işləri üzrə Azərbaycan Milli Komissiyasının məsul katibi Ramiz Abutalıbov “Ayrı-seçkilik və əcnəbilərə nifrətlə mübarizədə dövlətin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Natiq Azərbaycanda bu cür hallarla mübarizə sahəsində vəziyyət, ölkəmizdə aparılan islahatlar barədə geniş məlumat vermişdir. Məruzədə bildirilmişdir ki, Azərbaycan çoxmillətli və çoxkonfessialı ölkədir və onun qanunları etnik, dini, irqi mənsubiyyətindən, dilindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüququnu təmin edir. Məruzədə daha sonra deyilir ki, Azərbaycanda milli azlıqlar dövlət və hökumət strukturlarında, ölkə parlamentində geniş təmsil olunurlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə məruzədə xüsusi yer ayrılmışdır. Qeyd olunmuşdur ki, Ermənistanın separatçı fəaliyyətinin xaricdən açıq-aydın dəstəklənməsi, aşkar müdaxilə beynəlxalq hüquq üçün böyük təhlükə yaradır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]