Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək
Bakı, 12 sentyabr, AZƏRTAC
Avropa İttifaqı sentyabrın 15-də Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, Fransanın xarici işlər naziri səlahiyyətlərini icra edən Jan-Noel Barro bu barədə France Inter radiosuna verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, bu paket ABŞ-la, xüsusilə də Donald Trampın Ağ evə qayıdışından sonra ilk dəfə birbaşa koordinasiya şəraitində hazırlanıb. Jan-Noel Barro yeni məhdudiyyətlərin Rusiya üzərində “böyük təzyiq” yaradacağını bildirib.
Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Jill isə öz növbəsində 19-cu sanksiyalar paketinin detalları və dəqiq vaxtı barədə danışmağın hələ tez olduğunu vurğulayıb.
“Biz bu müzakirələrin məzmununu açıqlamaq istəmirik, çünki sanksiyalarla bağlı məsələlərdə məxfiliyin qorunması olduqca vacibdir. Hazırda 19-cu sanksiya paketi üzərində işləyirik. Məqsədimiz ABŞ da daxil olmaqla beynəlxalq tərəfdaşlarla koordinasiyanı davam etdirməkdir”, – deyə Olof Jill əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]