Avropa Komissiyası havanın çirklənməsinə görə Bolqarıstanı Avropa İttifaqı məhkəməsinə verir
Sofiya, 30 iyul, AZƏRTAC
Avropa Komissiyası Bolqarıstanı havanın çirkli olması səbəbindən Avropa İttifaqı məhkəməsinə verir.
AZƏRTAC xəbər verir ki, bu barədə ətraf mühit, dəniz işləri və balıqçılıq üzrə Avropa komissarı Karmenu Vella bildirib.
Qeyd olunub ki, havanın kükürd dioksidi ilə çirklənmənin səviyyəsi ölkənin cənub-şərqində get-gedə artır. K.Vella vurğulayıb ki, Bolqarıstan Avropa İttifaqının standartlarına riayət etməlidir.
Qeyd edək ki, bu artıq Bolqarıstana qarşı havanın çirklənməsi ilə bağlı Avropa İttifaqı məhkəməsinə ünvanlanmış ikinci iddiadır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]