Avropa Komissiyası koronavirusa qarşı peyvənd sifarişi üzrə altıncı müqavilə imzalayıb
Bakı, 24 noyabr, AZƏRTAC
Avropa Komissiyası koronavirus əleyhinə vaksinin öncədən sifarişi üzrə sayca altıncı müqaviləni imzalayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasından olan mənbənin məlumatına görə, bu dəfə müqavilə “Moderna” kompaniyası ilə bağlanıb. Beləliklə, qurum vaksinin öncədən sifarişi üzrə portfelin formalaşdırılmasını başa çatdırıb.
Qurumun rəhbəri Ursula fon der Lyayenin yaxın vaxtlarda bu barədə rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Avropa Komissiyasının vaksinasiya strategiyasına “AstraZeneca”, “Sanofi - GSK”, “Johnson & Johnson”, “BioNTech - Pfizer”, “CureVac” və “Moderna” kimi qərb kompaniyaları ilə öncədən sifariş barədə müqavilələrin imzalanması daxildir. Əgər bütün həmin kompaniyalar öz vaksinlərini hazırlayıb bazara çıxara bilsə, Avropa İttifaqı ümumilikdə 2 milyard vaksin dozası əldə edəcək. Lakin hələlik onların istehsalının real imkanları və çatdırılma vaxtı qeyri-müəyyən olaraq qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]