Avropa Komissiyası Rusiya aktivlərindən istifadəyə dair qanunvericilik təklifi hazırlayır
Bakı, 13 mart, AZƏRTAC
Avropa Komissiyası (AK) martın 21-22-də keçiriləcək Aİ sammitinə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya yardım üçün istifadəsinə dair qanunvericilik təklifi hazırlayır.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə AK rəhbərinin müavini Valdis Dombrovskis Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
"Aİ-nin martın 21-22-də keçiriləcək sammiti ərəfəsində biz daha sonra üzv ölkələr tərəfindən müzakirə ediləcək qanunvericilik təklifi hazırlayırıq. İş davam etdirilir və təklif tezliklə açıqlanacaq", - deyə o vurğulayıb.
Bundan əvvəl Avropanın daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton bildirib ki, Aİ Ukraynanın cəbhədə bundan sonra da dəstəklənməsi məqsədilə hərbi sənayesini maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]