Avropa Kuboku: Azərbaycanın həndbol komandaları cavab oyununa çıxırlar
Mingəçevir, 21 oktyabr, AZƏRTAC
Kişi həndbolçulardan ibarət "Kür" komandası bu gün Avropa Kubokunda növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında Xorvatiyanın "Sesvete" klubu ilə qarşılaşacaq.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Bir həftə əvvəl Xorvatiyada keçirilmiş ilk görüşdə rəqib 30:15 hesabı ilə qalib gəlib.
Bundan başqa, Azərbaycanın turnirdəki digər təmsilçisi "Azəryol" da cavab oyununu keçirəcək. Komanda İtaliyada “Birksen”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Ötən gün baş tutan ilk matçda italiyalılar qələbə qazanıblar - 43:22.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]