Avropa Kuboku: “Kür” klubu cavab oyununda məğlub olub
Mingəçevir, 21 oktyabr, AZƏRTAC
Kişi həndbolçulardan ibarət "Kür" klubu Avropa Kubokunda II mərhələnin cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya İdman Kompleksində Xorvatiyanın “Sesvete" komandasını qəbul edib.
Matç rəqibin 34:24 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Xorvatiya təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.