AVROPA ÖLKƏLƏRİ AZƏRBAYCAN İLƏ ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA MÜHÜM ÖNƏM VERİR
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 9-da Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktorunun müavini Riçard Consun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, enerjidaşıyıcılarının təchizatının şaxələndirilməsinin qlobal enerji təhlükəsizliyində əhəmiyyətini vurğulayan R.Cons, Azərbaycanın bu istiqamətdə əhəmiyyətini vurğulamışdır. O, Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığa mühüm önəm verdiyini qeyd etmişdir.
R.Cons ölkəmizə səfərinin məqsədinin Azərbaycanın və Türkmənistanın neft-qaz potensialının müzakirəsinə həsr olunmuş konfransda iştirakla yanaşı, BEA ilə Azərbaycan arasında əməkdaşlıq sahələrinin müzakirəsindən ibarət olduğunu bildirmişdir.
Nazir E.Məmmədyarov Azərbaycanın neft və qaz sektorunda həyata keçirilən layihələr, habelə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ölkəmiz üçün strateji, təhlükəsizlik və iqtisadi baxımdan əhəmiyyətini qeyd etmiş, Azərbaycanın da BEA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]