Avropa Parlamenti Avropa Komissiyasını məhkəməyə vermək niyyətindədir
Bakı, 12 mart, AZƏRTAC
Avropa Parlamenti (AP) Avropa Komissiyası tərəfindən Macarıstana 10,2 milyard avro ödənilməsinə hüquqi yola etiraz etməyi planlaşdırır. Aİ-nin depressiyaya məruz qalan ərazilərinin inkişafı üçün nəzərdə tutulan və Avropa Fondu vasitəsilə ödənilməli olan vəsait əvvəllər Brüsselin qanunun aliliyi və korrupsiya ilə mübarizə tələblərinə görə bloklanmışdı.
AZƏRTAC “Politico” qəzetinə istinadla xəbər verir ki, Avropa İttifaqının icra orqanına qarşı “vergi ödəyicilərinin vəsaitlərindən sui-istifadə” ilə bağlı məhkəmə şikayəti barədə qərar Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsinin qapalı iclasında keçirilən gizli səsvermədən sonra qəbul edilib.
Nəşrin məlumatına görə, bu məsələ Avropa Parlamentinin siyasi qruplarının liderlərinin cümə axşamı günü keçiriləcək görüşündə də müzakirə ediləcək. Bundan sonra AP sədri Roberte Metsola martın 25-dək Avropa Komissiyasına qarşı hüquqi iddianın qaldırması ilə bağlı qərar verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]