“AVROPA” ŞİRKƏTİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Bakı, 19 iyun (AZƏRTAC). 2001-ci ildən Azərbaycanda yaradılan “Avropa” distribüter şirkəti məhsulların satışı və istehsalı sahəsində fəaliyyətini genişləndirmişdir. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, şirkətin Gəncə, Quba, Göyçay, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt və Bərdədə filialları açılmış, 600-dən çox insan müasir avadanlıqla təchiz olunmuş istehsal sahəsinə cəlb edilmişdir.
Şirkətin direktoru Etibar Kərimov bildirmişdir ki, gündəlik istehsal gücü 30 ton olan makaron, peçenye və biskvit fabrikləri istehsal etdiyi keyfiyyətli məhsullarla daxili bazarda özünə xüsusi yer tutmuşdur və paytaxt sakinlərinin və bölgələrdə yaşayan əhalinin tələbatını ödəməkdədir. Cari ilin əvvəlindən şirkət idxalçısı olduğu distribüterlərin sayını 30 faiz artırmışdır. Rusiyanın müxtəlif regionlarının istehsalçıları ilə də səmərəli işbirliyi qurulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:50]
TANAP-ın istifadəyə verilməsindən 8 il keçir
- 12.06.2026 [15:31]
Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir
- 12.06.2026 [14:33]
AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin
- 12.06.2026 [14:12]
“Bitcoin”in qiyməti 63 min dolları ötüb
- 12.06.2026 [13:09]