“AVROPA ŞURASI: DƏYƏRLƏRİ, FƏALİYYƏTİ VƏ STRUKTURU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
DİA-dan bildirmişlər ki, akademiyanın rektoru Seyfəddin Qəndilov tədbirin məqsəd və məramını açıqlamışdır. O, akademiya tələbələrinə Avropa Şurası, onun dəyərləri, fəaliyyəti, strukturu, eləcə də, YUNESKO Assosiativ Məktəblər Şəbəkəsində təhsil alan şagirdlərə insan haqları və demokratiya haqqında təqdimatlar keçirilməsinin təqdirəlayiq olduğunu bildirmiş, bu və digər mövzularda məşğələlər təşkil edilməsinin vacibliyini vurğulamışdır.
DİA-nın YUNESKO Mərkəzinin müdiri Cahangir Hacıyev, Avropa Şurasının respublikamızdakı İnformasiya ofisinin icraçı direktoru İlqar İbrahimli məruzələrində akademiyanın tələbələrindən ibarət könüllülər qrupu üçün nəzərdə tutulmuş mühazirə-məşğələlər barədə məlumat vermiş, sualları cavablandırmışlar.
Sonda mövzu ilə bağlı “Saray pillələri” filmi nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]