AVROPA ŞURASI MONİTORİNQ KOMİTƏSİNİNAZƏRBAYCAN ÜZRƏ HƏMMƏRUZƏÇİLƏRİ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA OLMUŞLAR
Mərkəzi Seçki Komissiyasının sədri Avropa Şurası ilə Azərbaycanın əməkdaşlığının çox faydalı və əhəmiyyətli olduğunu bildirmiş, həmməruzəçilərlə görüşdən məmnun olduğunu söyləmişdir.
Qonaqlar oktyabrın 6-da Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilmiş seçkilərin yekunları, seçki komissiyalarının hazırkı tərkibi, formalaşdırılması prinsipləri, müraciətlərə baxılması qaydası və s. məsələlərlə maraqlanmışlar.
Mərkəzi Seçki Komissiyasının sədri 6 oktyabr seçkilərinin yekunları, seçki komissiyalarının formalaşdırılmasının hüquqi əsasları, hazırkı formatı barədə ətraflı məlumat vermişdir. Müraciətlərə baxılması qaydaları ilə bağlı bildirilmişdir ki, vətəndaşların müracitələrinə Seçki Məcəlləsinin və Avropa Şurası Venesiya Komissiyası ekspertinin tövsiyəsi əsasında hazırlanmış və qəbul edilmiş Təlimat əsasında baxılır. Bütün müraciətlər barədə beynəlxalq qurumların müşahidəçilərinə məlumat verilir, onlar müraciətlərin araşdırılmasında və qərarların qəbul olunmasında iştirak etməyə dəvət edilirlər. MSK-ya daxil olmuş bütün müraciətlərə bu qurumun iclasında kütləvi informasiya vasitələrinin, müşahidəçilərin iştirakı ilə baxılır.
Həmməruzəçilər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlığını təqdir etmiş və müraciətlərə aşkarlıq şəraitində baxılmasını alqışlamışlar.