AVROPA TƏHLÜKƏSİZLİK ARAŞDIRMALAR MƏRKƏZİ GƏLƏN İLDƏN AZƏRBAYCANDA TƏLİMLƏR KEÇİRMƏYİ NƏZƏRDƏ TUTUR
Sonra Milli Məclis sədrinin birinci müavini ölkəmizdə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, regionun, eləcə də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan irimiqyaslı layihələr barədə ətraflı məlumat vermişdir. O demişdir ki, hazırda ümumi daxili məhsul istehsalına görə, Azərbaycan dünyada lider ölkədir. Amma problemlərimiz də vardır. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal etməsi, bir milyondan çox qaçqın və məcburi köçkün problemi inkişafımıza ciddi əngəl törədir. BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı çox ciddi qərar və qətnamələr qəbul ediblər. Amma Ermənistan hələ də öz təcavüzkar siyasətindən və çirkin əməllərindən əl çəkməmişdir. Azərbaycanın NATO PA-dakı nümayəndə heyəti Assambleyanın Kanadada keçiriləcək payız sessiyasında bir daha bu məsələni qaldıracaq və dünya ictimaiyyətinin təcavüz aktını tanımağa çalışacaqdır.
Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzinin nümayəndəsi Merijn Hartoq səmimi qəbul və ətraflı məlumata görə minnətdarlıq etmişdir. O bildirmişdir ki, təmsil etdiyi qurum STARLİNK Proqramını həyata keçirir. Layihədən məqsəd yeni müstəqillik əldə etmiş ölkələrdə müdafiə, hüquq, kəşfiyyat və tədqiqatlar sahəsində demokratik idarəçiliyin təmin olunmasına yardım etməkdir. Artıq bu Proqram çərçivəsində Ukrayna, Moldova və Gürcüstanda məşğələlər keçirilmişdir. Bakıya səfərdən məqsəd də Azərbaycan rəsmiləri və əlaqədar təşkilatların rəhbərləri ilə bu barədə məsləhətləşmələr aparmaqdır. Proqram şərçivəsində Azərbaycanda gələn ilin əvvəllərindən başlayaraq noyabr ayına qədər müdafiə, hüquq, kəşfiyyat və tədqiqat sahələrində demokratik idarəçiliyin təmin olunmasına yardım məqsədi ilə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.