Avropada "Remdesivir"in koronavirusdan müalicədə istifadəsinə icazə verilib
Bakı, 3 iyul, AZƏRTAC
Avropa Komissiyası "Remdesivir" preparatının yeni növ koronavirusun doğurduğu xəstəliklərin müalicəsində ilkin qaydada istifadə olunmasına icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının cümə günü yaydığı bəyanatda bildirilir. Eyni zamanda, qeyd olunur ki, preparatdan bir sıra şərtlərə əməl edilməklə istifadə oluna bilər. Sənəddə bu şərtlərin nədən ibarət olduğu açıqlanmır.
Qurumun nümayəndəsi bir qədər əvvəl məlumat vermişdi ki, preparatın istehsalçısı olan Gilead Sciences kompaniyası ilə "Remdesivir"in Avropa bazarına kifayət miqdarda çatdırılması barədə danışıqlar aparılır. Bununla yanaşı, The Guardian qəzetinin iyulun 1-də yaydığı informasiyaya görə, ABŞ-ın hakimiyyət orqanları preparatın bütün ehtiyatlarını satın alıb və yaxın üç ayda heç bir ölkə onu lazımi qədər əldə edə bilməyəcək.
Gilead Sciences təsdiqləyir ki, "Remdesivir"in tətbiqi koronavirus xəstələrinin sağalma müddətini dörd günədək qısaldır. Xəstəyə beşgünlük müalicə kursu ərzində 6 ampula dərman lazım gəlir. Kompaniya inkişaf etmiş ölkələr üçün preparatın hər ampuluna 390 dollar vahid qiymət müəyyənləşdirib.
Xatırladaq ki, vaxtilə Ebola qızdırması ilə mübarizə çərçivəsində hazırlanan "Remdesivir" preparatı o vaxt öz effektivliyini təsdiqləyə bilməmişdi. Sonradan preparat SARS və MERS infeksiyalarının müalicəsində istifadə olunmuş və lazımi səmərə vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]