AVSTRALİYA İNSAN EMBRİONUNUN KLONLAŞDIRILMASINA QADAĞANI GÖTÜRMÜŞDÜR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Avstraliya parlamenti ölkənin keçmiş Baş naziri Con Hovardın və digər siyasi partiyaların liderlərinin etirazlarına baxmayaraq, insan embrionu hüceyrələrinin klonlaşdırılmasına icazə verən qanun layihəsini bəyənmişdir.
Bir çox siyasətçilər hesab edirlər ki, insan hüceyrələrinin klonlaşdırılmasına qoyulmuş qadağanın götürülməsi diabet, xərçəng və Alsheymer kimi sağalmaz xəstəliklərin müalicəsi üçün yeni imkanlar açır.
İnsan embrionu hüceyrələrinin tədqiqat məqsədi ilə klonlaşdırılmasına Böyük Britaniya, Belçika və İsveçdə icazə verilmişdir.