AVSTRİYA MİLLİ KİTABXANASINDA AZƏRBAYCAN GÜŞƏSİ AÇILACAQDIR
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, avqustun sonu-sentyabrın əvvəlində Avstriya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsi açılacaqdır.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, “Azər-Ata” cəmiyyətinin və Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü ilə açılacaq görüşdə Vyana oxucuları ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti haqqında əsərlərlə tanış ola biləcəklər. Avstriyaya xalq şairi Rəsul Rzanın əsərləri və görkəmli bəstəkar Qara Qarayev haqqında monoqrafiyalar da göndəriləcəkdir.
Kitablar və elektron nəşrlər Azərbaycan, rus, ingilis və alman dillərində təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]