Avstriya Yunanıstandakı qaçqınlar üçün yaşayış konteynerləri göndərib
Vyana, 20 aprel, AZƏRTAC
Koronavirus pandemiyasının Avropada sürətlə yayıldığı bir dövrdə əhalinin riskli qrupları sırasına qaçqınlar da daxildir. İlk növbədə sağlamlıq vəziyyətinə görə olmasa da, yaşayış şəraitinə görə qaçqınların virusa yoluxma ehtimalı yüksəkdir.
AZƏRTAC xəbər verir ki, Yunanıstanda çadır şəhərciklərində məskunlaşan qaçqınların həyat şəraitini yaxşılaşdırmaq və virusa yoluxma riskini aşağı salmaq məqsədilə Avstriya hökuməti Aİ-nin mülki müdafiə mexanizmi çərçivəsində bu ölkəyə 181 konteyner göndərilməsi barədə qərar qəbul edib. Yaşayış və sanitar qovşağı ilə təhciz olunan konteynerlərin çatdırılma xərclərini isə Avropa Komissiyası öz üzərinə götürüb.
Avropa İttifaqının böhranların idarə olunması üzrə məsul komissarı Yanez Lenarçiç koronavirus pandemiyasının bütün Avropaya, ilk növbədə isə Yunanıstandakı qaçqın və miqrantlara böyük zərbə vurduğunu bildirərək, yardım üçün Avstriya hökumətinə təşəkkür edib.
Qeyd edilib ki, hazırda virusa qarşı mübarizə çərçivəsində qaçqın düşərgələrində gigiyena və tibbi məhsullar, rentgen aparatları və əlil arabalarına ehtiyac böyükdür.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]