Avstriyada müntəzəm təyyarə reysləri bərpa olunub
Vyana, 15 iyun, AZƏRTAC
COVID-19 məhdudiyyətlərinin yüngülləşdirilməsi fonunda bu gündən etibarən Avstriyada müntəzəm təyyarə reysləri bərpa olunub.
AZƏRTAC xəbər verir ki, “Avstriya Hava Yolları” (AUA) aviaşirkətinə məxsus ilk təyyarə Vyana-Münxen istiqamətində uçuş həyata keçirib. Hələlik 20 istiqamət üzrə uçuşlar həyata keçirməyi planlaşdıran aviaşirkət gələn həftədən istiqamətlərin sayını artırmağı, eləcə də qitələrarası reyslərə başlamağı nəzərdə tutur.
İyun ayı ərzində 10-dan çox aviaşirkət (”Türk Hava Yolları”, “Air France”, “Brussels”, “Croatia Airlines”, “Emirates”, “Luxair”, “Pegasus Airlines”, “Sunexpress” və s.) Vyana beynəlxalq hava limanına uçuşlara başlayacaq.
Hava limanına daxil olarkən sərnişin və onları müşayiət edən şəxslər tibbi maskalardan istifadə etməlidirlər. Maskadan istifadə bütün uçuş vaxtı və mənzil başına çatdıqdan sonra hava limanını tərk edənədək qüvvədə qalacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]