Avstriyada tibbi maskalardan istifadə qaydaları sadələşdirilir
Vyana, 14 iyun, AZƏRTAC
İyunun 15-dən etibarən Avstriyada COVID-19 məhdudiyyətlərinin bir qismi ləğv ediləcək.
AZƏRTAC xəbər verir ki, həmin tarixdən etibarən ticarət obyektlərində, kafe və restoranlarda, eləcə də otellərdə tibbi maskalardan istifadə öhdəliyi aradan qaldırılacaq. İctimai nəqliyyat, səhiyyə obyektləri və apteklərdə, eləcə də sosial məsafənin saxlanması mümkün olmayan yerlərdə (bərbərxana və gözəllik salonları) bu öhdəlik qüvvədə qalacaq. Qastronomiya obyektlərində müştərilər tibbi maskadan azad olsalar da, şəxsi heyət maskadan istifadəni davam etdirməlidir. Eyni zamanda, kafe və restoranların iş saatı da 23:00-dan 01:00-dək uzadılıb.
Avstriya Federal Səhiyyə Nazirliyindən bildirilib ki, eyni evdə yaşamayan insanların bundan sonra da aralarında bir metrlik məsafə saxlaması tövsiyə olunur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]