QAN YADDAŞI
Avstriyanın Zalsburq şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb
![](/files/galleryphoto/2024/1/1200x630/170894245753503599_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/170894245726854041_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708942457512826443_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708942457155044505_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708942457168583010_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17089424575519554934_1200x630.jpeg)
Vyana, 26 fevral, AZƏRTAC
Fevralın 25-də Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində Mədəniyyət Evində Xocalı soyqırımına həsr olunmuş guşədə kitab, broşür və informasiya materialları nümayiş etdirilib, faciəyə dair videoçarxlar göstərilib.
Mərasimdə Xocalı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə həsr olunmuş çıxışlar edilib, şeirlər səsləndirilib. Tədbirdə bütün şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Mərasimdə Azərbaycan və Türkiyə diasporunun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana