CƏMİYYƏT
Avtomobil qaçırmaqda şübhəli bilinən Kəlbəcər sakini saxlanılıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Qəbələ rayon sakininə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Kəlbəcər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Rayon Polis Şöbəsinə şəhər ərazisindən Yeni Dızaxlı kənd sakini M.Qədirova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kəlbəcər rayon sakini M.Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun qaçırdığı avtomobil isə Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində tapılıb.
Faktla bağlı araşdırma aparılır.