Avtomobili piyadaların üzərinə sürən avstraliyalı sürücü ömürlük həbs cəzasına məhkum edilib
Tokio, 22 fevral, AZƏRTAC
Avstraliya məhkəməsi iki il əvvəl avtomobilini piyadaların üzərinə sürən avstraliyalı sürücünün bu hərəkəti şüurlu surətdə törətdiyini elan edərək onu təqsirli bilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Bildirilir ki, həmin şəxs 46 il ərzində vaxtından əvvəl azad oluna bilməz və altı ömürlük həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə 2017-ci il yanvarın 20-də Melburnda tennis üzrə Avstraliya açıq çempionatı keçirilərkən törədilib. Həmin vaxt şəhərdə minlərlə əcnəbi turist toplaşmışdı. Hadisə yarışların keçirildiyi yerdən bir neçə yüz metr məsafədə törədilmişdi. 26 yaşlı Ceyms Qarqasulas avtomobili saatda 60 kilometr sürətlə piyadaların üzərinə sürmüşdü. Hadisə nəticəsində altı nəfər ölmüş, 27 nəfər yaralanmışdı.
Faciəyə qədər C.Qarqasulas polis dairələrində zorakılıq, narkotiklərdən istifadə və psixi xəstə maddələri ilə qeydiyyatda olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]