Aydın Kərimov: Şuşada Zəfər muzeyinin tikintisinə başlanılması planlaşdırılır VİDEO
Bakı, 19 may, AZƏRTAC
Şuşada yeni uşaq bağçasının və Zəfər muzeyinin tikintisinə başlanılması planlaşdırılır.
Bu sözləri WUF13-də AZƏRTAC-a açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.
“Eyni zamanda, yeni məsciddə tikinti işləri davam edir və obyektin bu ilin sonu, gələn ilin əvvəllərində istifadəyə verilməsi gözlənilir. Bununla yanaşı, şəhərdə turizm infrastrukturunun inkişafı istiqamətində də işlər aparılır. Yaxın iki ay ərzində Şuşanın iki kəndində bərpa işlərinin başa çatdırılmasından sonra həmin ərazilərə də əhali köçürüləcək”, - deyə o əlavə edib.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Elşad Mirzə
Videooperator - Şövqi Əzizov