Aykido üzrə respublika seminarının ikinci günü praktiki məşqlərə həsr olunub
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Aykido Federasiyasının (AAF) prezidenti Fərhad Ələsgərovun rəhbərliyi ilə respublika seminarının ikinci günü keçirilib.
AAF-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Aykido Mərkəzində keçirilən respublika seminarının ikinci günündə praktiki məşqlər də təşkil olunub. Məşqlərə Fərhad Ələsgərov başçılıq edib.
Qeyd edək ki, respublikanın bir çox bölgələrindən 150 nəfər, o cümlədən Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkəran və Astaradan olan idmançı və məşqçilər qatılıblar. Seminarda Çexiya, Rusiya, İraq və İran idmançı və məşqçiləri də iştirak ediblər.