Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azadlıq, bərabərlik və qardaşlıq... ?

Azadlıq, bərabərlik və qardaşlıq... ?

Bakı, 24 noyabr, AZƏRTAC

Fransa Senatı adı ermənilər tərəfindən uydurulmuş, özü isə mövcud olmayan qondarma “Dağlıq Qarabağ respublikası”nın statusu ilə bağlı müzakirələr keçirməyə hazırlaşır. Nə baş verəcək? Fransanı dünyanın “böyük”lərindən biri kimi görən bəzi senatorlar tribunadan “azadlıq”, “insan haqları” və “demokratiya” sözlərini yüksək pafosla səsləndirəcək və “hər bir xalqın azadlıq və müstəqillik arzularına hörmət bəslədiklərini” nümayiş etdirəcəklər. Çıxışlarının sonunda “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması xahişi ilə Fransa hökumətinə müraciət olunmasını təklif edəcəklər. Əminəm ki, erməni diasporunun ideoloji təbliğatından və maliyyə təsirindən kənarda dayanan bir sıra senatorlar opponentlik edəcək və Fransa Senatını belə bir qeyri-qanuni addımı atmaqdan çəkinməyə çağıracaqlar. Nəticəni tezliklə görəcəyik. Lakin nəticədən asılı olmayaraq bu erməni sevdasının baş tutmayacağı və baş tutsa belə qəbul olunacaq istənilən qərarın Azərbaycan üçün heç bir hüquqi nəticə doğurmayacağı da bu başdan bəllidir. Amma Fransadan azı 3000 km aralıda - Azərbaycan ərazisində yaşayan və yaşadığı dövlətin qanunlarına əməl etməkdən imtina edən təxminən 50 min erməninin “müstəqil dövlət” xülyasına senatorların bu qədər həssaslıq göstərməsi bir çox suallar doğurur.

Milli Məclisin deputatı Cavanşir Feyziyev AZƏRTAC-a açıqlamasında bu sualların aşağıdakılar olduğunu deyib:

1) Senatorlar Azərbaycanda olduğu kimi, Fransada da yaşayan etnik toplumlara, o cümlədən sayı 600 mini ötmüş ermənilərə Fransanın özündə hər hansı bir muxtariyyət və müstəqillik verməyə hazırdırlarmı?

2) Doğrudanmı Fransa senatorları hər bir xalqın azadlığını və müstəqilliyini dəstəkləməyə hazırdırlar? Elə isə əsrlər boyu Fransa müstəmləkəçiliyindən xilas olmağa çalışan korsikalıların və Yeni kaledoniyalıların azadlıq və müstəqillik arzularına niyə müqavimət göstərirlər?

1300-cü ildən Genuya Respublikasının tabeliyinə düşmüş Korsika 4 əsrdən çox azadlıq mübarizəsi aparmış və nəhayət, 1752-ci ildə Genuyadan asılılığını azaldaraq özünü müstəqil Korsika dövləti elan etmişdi. Hələ o zamanlar Korsika öz Konstitusiyasını qəbul etmiş və 25 yaşdan yuxarı kişi cinsindən olan bütün vətəndaşlarına seçki hüququ vermişdi. Bu, Avropanın yeni tarixində ümumxalq seçkilərinin ilk təcrübəsi idi. Lakin çox keçmədən 1769-cu ildə Genuya Fransaya olan borcunun əvəzində Korsika adasını onun azadlıqsevər sakinləri ilə birlikdə Fransaya təhvil verdi. Fransa qısa bir müddətdə yerli idarəçiləri amansızlıqla məhv edərək Korsikanın dövlət müstəqilliyinə son qoydu və Korsikanı öz ərazisi elan etdi. Elə həmin il bu adada tarixin ən məşhur Korsikalısı - Napoleon Bonopart dünyaya göz açmışdı. Bəzi mənbələrə görə Xristofor Kolumbun da məhz bu adada doğulduğu bildirilir.

Azadlıq istədiklərinə görə Fransanın korsikalılara verdiyi dərs o qədər təsirli oldu ki, sonrakı 2 əsr ərzində korsikalılar azadlıq sözünü bir daha dillərinə gətirməyə belə cürət etmədilər, yalnız 200 il sonra - 1970 -ci ildə yenidən azadlıq və müstəqillik tələb etməyə başladılar. Bu zaman artıq “Avropa dəyərləri”nə dərindən yiyələnmiş müasir Fransa adada yaşayan korsikalı və siciliyalı etnik qruplar arasında elə bir qanlı münaqişə yaratdılar ki, bu günə qədər korsikalılar yenidən azadlıq tələb etməyə qorxurlar. Hazırda Korsika Milli Azadlıq Cəbhəsi 9000 kvadratkilometr əraziyə və 350 min əhaliyə sahib olan adanın Fransa müstəmləkəçiliyindən azad olunması üçün mübarizə aparır.

250 min əhaliyə və 20 min kvadratkilometr əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar və onlar ada avropalılar tərəfindən kəşf olunana qədər təbiətlə vəhdət halında ahəngdar həyat sürüblər. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb. XIX əsrin ortalarından etibarən ingilis və fransız missionerləri adaya ayaq açıb, 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı qatı cinayət törətmiş öz məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başladı. Qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarıb emal etməklə adanın külli miqdarda sərvəti Fransaya daşındı. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışır. Dəfələrlə keçirilən referendumlar Fransadan təyin olunmuş idarəçilər tərəfindən saxtalaşdırılıb və məhz bu yolla Fransa melazeniyalılara azadlıq verməkdən imtina edib. Sonuncu referendum bu ilin 4 oktyabrında keçirilib və yenə də fransalı referendum təşkilatçıları cüzi səs fərqi ilə Yeni Kaledoniya sakinlərinin guya azadlıqdan “imtina etdiklərini” elan ediblər.

Amma 100 illərlə Fransa əsarətində yaşayan təkcə korsikalılar və melaneziyalılar deyil. Bu gün Sakit Okeanda, Hind Okeanında və Karib dənizində yerləşən 11 ada dövləti və Cənubi Amerikada 1 materik ərazisi (Fransız Qvianası) və Şimali Amerikada yerləşən digər 1 materik ərazisi (Sen-Pyer və Mikelon) Fransa əraziləri hesab olunur. Bu müstəmləkə ərazilərində 3 milyona yaxın insan yaşayır və şəxsiyyət vəsiqələrində onların milliyyəti məcburi şəkildə “fransız” olaraq qeyd olunur. Hələ ermənilər Qafqaza köçməmişdən əvvəl zorən “fransızlar” azadlıq mübarizəsi aparmağa başlayıblar və hələ də Fransa asılılığından azad olunacaqları günü gözləyirlər. Fransa senatorları isə Azərbaycanda yaşayan 50 min erməninin Azərbaycan torpaqlarında yaratmaq istədiyi qondarma bir qurum üçün müstəqillik tələb etmək sevdasına düşüblər. Bəs dünyaya “Azadlıq, bərabərlik və qardaşlıq” şüarı ilə xitab edən Fransa senatorları 2 əsrdən çox əsarətdə saxladıqları təxminən 3 milyon insanın müstəqillik və azadlıq hüquqlarını nə vaxt tanıyacaqlar? Min illərlə öz torpaqlarında yaşayıb yüz illərlə Fransa əsarətində qalan korsikalıların və melaneziyalıların müstəqillik mübarizəsini qanla yatırdan Fransanın cəmi 200 il əvvəl Azərbaycan torpaqlarında məskunlaşmış ermənilərin müstəqillik arzusuna bu qədər həssas yanaşması nədən və haradan qaynaqlanır? Bu sualların cavabını isə “Azadlıq, bərabərlik və qardaşlıq” şüarını özlərinin ən böyük dəyəri hesab edən Fransa senatorları verməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib