“Azərbaycan-2020: Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” mövzusunda beynəlxalq seminar-treninq keçiriləcəkdir
Bakı, 8 may (AZƏRTAC). Mayın 16-dan 18-dək “Hilton-Baku” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və “Kiyev Politexnik İnstitutu” - Ukrayna Milli Texniki Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan-2020: Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” mövzusunda beynəlxalq seminar-treninq keçiriləcəkdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, tədbir çərçivəsində “Elmin qrantlar yolu ilə maliyyələşdirilməsinin hüquqi aspektləri” mövzusunda seminar və “Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və texnologiyaların transferi” üzrə treninq təşkil ediləcəkdir. Treninqi Ukraynanın bu sahədə tanınmış mütəxəssisləri keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]