Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng monastırını ziyarət ediblər VİDEO
Kəlbəcər, 23 may, Elcan Məmmədov, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının və qeyri-islam dini icmaların nümayəndələri Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.