Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN-ALMANİYA BİZNES FORUMU

AZƏRBAYCAN-ALMANİYA BİZNES FORUMU
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 16-da Berlində - “Almaniya İqtisadiyyat Evi”ndə Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmişdir.
Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycanın 30-dan çox, Almaniya tərəfindən isə 200-dən çox iş adamının iştirak etdiyi biznes forumu ölkəmizin Almaniyadakı səfirliyi, İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu təşkil etmişdir.
Tədbiri “Şərqi və Mərkəzi Avropa Birliyi” Cəmiyyətinin sədri Klaus Ksolner açdı.
Sonra Almaniyanın “Wintershall” şirkətinin idarə heyətinin sədri Raynip Svitserloot, Almaniyanın iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qlos çıxış etdilər. Onlar Azərbaycan ilə Almaniya arasında əlaqələrin yüksək sürətlə inkişaf etdiyini, dünyada Azərbaycanın ən inkişaf edən ölkə olduğunu xatırlatdılar. Bildirdilər ki, Azərbaycan neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldir və bu, çox müsbət haldır, Almaniyanın iş adamları ilə əlaqələri genişləndirmək faydalı nəticələr verəcəkdir. Neft sahəsində zəngin ənənəsi olan Azərbaycanın yeni neft strategiyası onun sürətli inkişafına təkan vermişdir. Azərbaycanın regionda böyük rolu vardır.
Çıxış edənlər keçən ilin noyabrında Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasını yüksək qiymətləndirdilər. Onlar Azərbaycanın qeyri-neft sektorunda da əməkdaşlıq üçün potensial imkanların olduğunu, bu sahəyə sərmayə qoymaq istədiklərini bildirdilər və öz ölkələrinin şirkətlərini Azərbaycanda fəaliyyətə dəvət etdilər. Azərbaycanın dünyada da rolunun artdığını vurğulayan natiqlər Almaniyanın ölkəmizə daim dəstək verəcəyini bildirdilər.
Almaniya nümayəndələri Xəzər regionunun əhəmiyyətinin getdikcə artdığını vurğulayaraq, bu məkanın iqtisadi perspektivlərindən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin reallaşmasından danışdılar. Transxəzər nəqliyyat dəhlizinin yaranmasında maraqlı olduqlarını bildirdilər və bu sahədə Azərbaycanın rolunu yüksək qiymətləndirdilər.
Xüsusi vurğulandı ki, Almaniya Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləyir və Avropa İttifaqının sədri kimi bu işdə ölkəmizə köməyini göstərəcəkdir.
Prezident İlham Əliyev biznes forumda nitq söylədi.
Dövlətimizin başçısı dedi ki, Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir və indiki səfər ona yeni təkan verəcəkdir. Azərbaycan iqtisadiyyatı son illər sürətlə inkişaf edir, düzgün enerji siyasətindən istifadə edib insanların həyat tərzini yaxşılaşdıracağıq. Neftdən gələn gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcəkdir. Enerji sahəsində Avropa ilə tərədaşlığımız artır.
Prezident bildirdi ki, ölkəmizə son 10 ildə 30 milyard dollar sərmayə qoyulub, Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkəyə çevrilibdir. Eyni zamanda, indi Azərbaycanın özünün də investisiya qoymaq imkanları yaranıbdır. Özəl sektor Azərbaycanda aparıcı rol oynayır. Prezident İlham Əliyev sosial məsələlərin həlli istiqamətində görülən işlərdən, yoxsulluğun səviyyəsinin azaldılmasından, qeyri-neft sektorunun inkişafından da danışdı. Xarici sərmayədarlar üçün Azərbaycanın qeyri-neft sektorunun da maraqlı olduğunu deyən Prezident İlham Əliyev son 3 ildə 520 min yeni iş yerinin açıldığını bildirdi. Dövlətimizin başçısı alman biznesi üçün Azərbaycanda yaxşı tərəfdaşlar olduğunu vurğulayaraq dedi ki, Almaniya şirkətləri ölkəmizdəki əlverişli imkanlardan istifadə edərək, sərmayə qoya bilərlər. Bu forumdan sonra iş adamları arasında sazişlər imzalanacaq, əlaqələr daha da genişlənəcəkdir.
Prezident İlham Əliyev Neft Fondunun fəaliyyətindən, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən, Şərq-Qərb dəhlizində Azərbaycanın rolundan da danışaraq dedi ki, bütün bu layihələrin təşəbbüskarı Azərbaycandır və biz bununla fəxr edirik.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu böyükdür, Avropa İttifaqı ilə “Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı” və enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.
Dövlətimizin başçısı son iki ildə Almaniya ilə iqtisadi əlaqələrin xeyli genişləndiyini və gələcəkdə daha da inkişaf edəcəyini bildirdi və forumun işinə uğurlar arzuladı.
Sonra forum öz işini davam etdirdi. İqtisadi inkişaf naziri Heydər Babayev “Azərbaycan iqtisadiyyatı: perspektivlər və ikitərəfli əməkdaşlıq” mövzusunda çıxış etdi, “Azərbaycanda investisiya mühiti, ticarət və biznes imkanları” mövzusunda təqdimat keçirildi. Sonra açıq müzakirələr oldu.
Biznes forumda qeyri-neft sektorunun müxtəlif sahələrinə aid bir neçə saziş imzalanmışdır. “Bakıelektrikşəbəkə” ilə “Siemens AG“ arasında imzalanan və 30 milyon avro dəyəri olan saziş Azərbaycanda elektrik stansiyasının tikilməsini nəzərdə tutur.
Azərbaycanın “İmprotex Tracks and Buses“ şirkəti Almaniyanın “Liebnerr-Export AG” şirkəti ilə eksklüziv təmsilçilik, “Man“ şirkəti ilə 3 milyon avro dəyərində nəqliyat vasitələrinin alışı, “Faun“ şirkəti ilə eksklüziv təmsilçilik və 2,3 milyon avro dəyərində nəqliyyat vasitələrinin alışı, “Naxçıvan Mebel Fabriki” Almaniyanın “Bio Ethanol Arneburq“ şirkəti ilə Azərbaycanda birgə müəssisənin yaradılması haqqında saziş, “ADES” Azərbaycan-Almaniya birgə müəssisəsi Almaniyanın “Mark.AT” şirkəti ilə əməkdaşlıq barədə memorandum imzalamışdır.
“Bakı Tələbat Qabları” Almaniyanın “Remax” şirkətindən 450 min avro dəyərində press-formaların alınması haqqında, “Karvan-L” şirkəti “Clariant Iberica SA” şirkətinə 250 min ABŞ dolları məbləğində kimyəvi məhsulların satışı barədə saziş imzalamışdır. Bundan əlavə, biznes forumunda bir sıra Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlıq haqqında ilkin razılıq əldə olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO