Azərbaycan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir
Bakı, 1 iyul (AZƏRTAC). İyulun 1-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı xanım Doris Barnet ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sədr Azərbaycanın Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirmişdir. Qeyd etmişdir ki, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi dövlətlərarası əlaqələrə də müsbət təsir göstərir. Bu gün hər iki ölkənin deputatları nüfuzlu beynəlxalq qurumlarda, o cümlədən ATƏT Parlament Assambleyasında (PA) birgə fəaliyyət göstərir, onları maraqlandıran məsələlər barədə söhbətlər aparırlar.
Oqtay Əsədov ATƏT PA-nın Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının uğurla başa çatacağına əminliyini bildirmiş, bu tədbirə qatıldığına görə deputata təşəkkür etmişdir. Bildirmişdir ki, hüquqi, dünyəvi, demokratik yolla inamla addımlayan Azərbaycan dünya ictimaiyyətini narahat edən məsələlərin nüfuzlu qurumlarda beynəlxalq hüquq müstəvisində müzakirəsinin və ədalətli həllinin tərəfdarıdır.
Doris Barnet ATƏT PA-nın Bakıda keçirilən sessiyasında iştirakından və ölkəmizə səfərindən məmnun qaldığını söyləmişdir. O, sessiya çərçivəsində müzakirə olunan məsələlər barədə fikirlərini söyləmiş, tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]