Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Avropa ilə Asiya ölkələrinin qlobal ticarətdə üzləşdiyi risklərin aradan qaldırılması məkanına çevrilib

Azərbaycan Avropa ilə Asiya ölkələrinin qlobal ticarətdə üzləşdiyi risklərin aradan qaldırılması məkanına çevrilib

Bakı, 2 sentyabr, Rabil Kətanov, AZƏRTAC

Müasir dünyada dövlətlərin iqtisadi inkişafını tranzit-nəqliyyat əlaqələri və enerji sistemi olmadan təsəvvür etmək mümkün deyil. Dövlətlərin iqtisadi inteqrasiya proseslərinə qoşulmadan inkişafından söhbət gedə bilməz. Bu baxımdan dünya əhalisinin 60 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışması təsadüfi xarakter daşımır.

1996-сı ildə yaradılan “Şanxay beşliyi”nin (Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan) əsasında formalaşan ŞƏT yeni üzvlər hesabına böyüyərək hazırda Avrasiya materikinin 3,5 milyon kvadratmetr ərazisini (65 faiz) əhatə edir. Qlobal xarakter daşıyan iqtisadi çətinliklərə baxmayaraq 2024-cu ildə təşkilata üzv dövlətlərin sənaye istehsalı ümumilikdə 4,6, ümumi daxili məhsul (ÜDM) istehsalında isə 5 faiz artım müşahidə edilib. Böyük iqtisadi potensiala malik olan təşkilatla əməkdaşlıq əlaqələrinin artması region ölkələri üçün faydalıdır.

Çin ŞƏT-in iqtisadi və siyasi cəhətdən ən qüdrətli dövlətidir. Bununla yanaşı Pakistan, Türkiyə, İranın təşkilata üzvlüyü onun potensialını daha da artırır. ŞƏT-in sentyabrın 1-də Tiencin şəhərində keçirilən 25-ci Sammitində 30 dövlət başçısı və 10 beynəlxalq təşkilatın təmsilçisi iştirak edib. Sammitdə Çinin üzv dövlətlərə qrant formasında 275 milyon, kredit formasında isə 1,4 milyard dollar vəsait ayıracağını bildirməsi onun iqtisadi və siyasi qüdrətinin göstəricisi olmaqla yanaşı, dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirmək niyyətini də ortaya qoyur.

Azərbaycanın coğrafi mövqeyi və dövlət siyasətinin praqmatik xarakter daşıması onu cəlbedici partnyora çevirib. Çinin irəli sürdüyü beynəlxalq layihələrdə Azərbaycan aparıcı yer tutur. İstər nəqliyyat-tranzit, istərsə də enerji sahələrində əməkdaşlıqda rəsmi Bakı Pekin ilə Avropa arasında körpü funksiyasını yerinə yetirir. Bu funksiya ölkəyə iqtisadi dividendlər qazandırmaqla yanaşı siyasi zəmanət də verir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi regionda yeni reallıq yaradıb ki, bu da beynəlxalq ticarət və enerji əməkdaşlıq əlaqələrinin artması üçün əlverişli siyasi və iqtisadi imkanları meydana çıxarıb. Çin Avropa ilə ticarət əlaqələrinin inkişafında Azərbaycana böyük üstünlük verir. Prezident İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi bu əməkdaşlıq üçün ortaya qoyduğu faktlardan biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizi yalnız Çin və Azərbaycana deyil, ŞƏT-ə üzv olan dövlətlər üçün də səmərə verəcək.

Berlində fəaliyyət göstərən Çin tədqiqatlar institutunun əməkdaşı Klaus Sun (Claus Soong) “dpa” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib ki, Çin ŞƏT-in Sammiti vasitəsilə beynəlxalq münasibətlərdəki yüksək rolunu nümayiş etdirdi. Bunun üçün onun iqtisadi və siyasi potensialı var. Bu potensialdan istifadə edib dayanıqlı iqtisadi inkişafını təmin etdir. Onun fikrincə, ŞƏT regional təşkilatdan qlobal quruma çevrilir.

Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq əlaqələr və əməkdaşlıq Mərkəzinin direktoru Abay Saxanov nəzərə çatdırıb ki, bu gün Çin şirkətləri ŞƏT-ə üzv dövlətlərdə 3 mindən çox müəssisə açaraq 200 min iş yeri yaradıblar. Ötən il Çin ilə üzv dövlətlər arasındakı ticarət dövriyyəsinin həcmi 512,4 milyard dollar səviyyəsinə çatıb ki, bu da 2023-cü illə müqayisədə 2,7 faiz çoxdur. Onun sözlərinə görə Sammitdə “2035-ci ilə kimi ŞƏT strateji inkişaf haqqında” sənədin imzalanması perspektivdə üzv ölkələrin iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyacağından xəbər verir.

Bu gün aktuallığı ilə ABŞ-ın da diqqətini cəlb edən Zəngəzur dəhlizi və bu dəhlizin fəaliyyəti üçün Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri rəsmi Bakını ŞƏT-ə üzv ölkələrin ən yaxın tərəfdaşına çevirib.

Orta Dəhlizin əsas seqmentinə çevrilən Zəngəzur Dəhlizi eyni zamanda təşkilat üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar yaratmaq, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması Trans-Xəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir.

Türkiyə ilə ŞƏT ölkələrinin ticarət və iqtisadi əlaqələrini genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycanın təşəbbüsləri “Orta dəhliz”in rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artıb və bu istiqamətdə işlər sürətlənib.

Orta dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir, Avropa ilə ŞƏT arasında yükdaşımaların həcminin artmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini də azaldır. 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artıb. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90 faiz artım qeydə alınıb. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41 faiz təşkil edib. Bu nəticələr Prezident İlham Əliyevin və Azərbaycanın strateji baxışının artıq mərhələ-mərhələ reallığa çevrildiyini söyləməyə imkan verir.

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edərək deyib: “Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”.

Azərbaycanın hazırda üzərində işlədiyi nəqliyyat layihələri və transmilli enerji layihələrinin inkişaf etdirilməsi Orta Dəhliz layihəsinin potensialını yüksəldəcək, siyasi və investisiya dəstəyini artıracaq. İşğaldan azad edilmiş ərazilərimizdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur Dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat qolunun açılması baxımından əhəmiyyətə malikdir. Uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti hazırdır. Zəngəzur Dəhlizinin əsas elementlərindən biri olacaq bu dəmir yolu xəttinin qurulması ilə Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq və Şərq-Qərb istiqamətində yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.

Beləliklə, qeyd etmək olar ki, Orta Dəhliz layihəsi artıq reallıqdır və Çindən başlayan Şimal və Cənub dəhlizlərinə alternativ yaradır və strateji əhəmiyyəti ilə fərqlənir. Orta Dəhliz yeni geosiyasi reallıq yaratmaq potensialına malikdir. Şərqlə-Qərb arasında alternativ ticarət əlaqəsi imkanı kimi yaxın perspektivdə aktuallığını qoruyacaq. Dəhliz Çin üçün təhlükəsizlik, enerji, xarici ticarət və nəqliyyat baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu dəhliz ŞƏT ölkələrinin strateji dəyərini artırır və iqtisadi tərəqqiyə töhfə verməklə yanaşı, sürətlə dəyişən qlobal şərtlərdə daha əlverişli mövqeyə malik olmaq imkanları verir.

ŞƏT-in 25-ci Sammiti Azərbaycanın artıq təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya regionunda aparıcı aktor olduğunu dünyaya təqdim etdi. Azərbaycan logistika, nəqliyyat strategiyası ilə qlobal müstəviyə inteqrasiya olunub və Avropa ilə Asiya ölkələrinin qlobal ticarətdə üzləşdiyi risklərin aradan qaldırılması məkanına çevrilib və tərəfdaşlarının uğurunu şərtləndirəcək qədər əhəmiyyət qazanıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

“Azərkosmos”un mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

İqtisadçı: Proqramın mühüm nəticələri yalnız dağ-mədən sektoruna deyil, qeyri-neft sektoruna da müsbət töhfələr verəcək

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi vakansiya elan edib

Şəhid övladının uğuru: Oruc İbrahimov “Eynşteyn vizası” alıb

Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq

“ABAD”ın yaradılmasından 10 il ötür

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO