Azərbaycan badmintonçusunun Hindistanda keçirilən beynəlxalq turnirdə növbəti rəqibi məlum olub
Bakı, 19 yanvar, AZƏRTAC
Badmintonçumuz Edi Reski Dviçayonun Hindistanın Laknau şəhərində keçirilən “Syed Modi India International 2022” turnirində növbəti rəqibi məlum olub.
AZƏRTAC Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, təmsilçimiz kişi badmintonçuların şəxsi yarışında səkkizdəbir finalda Belçika təmsilçisi Julyen Carraggi ilə qarşılaşacaq. Belçika idmançısı ilk görüşündə danimarkalı Kim Bruuna qalib gəlib.
Görüş yanvarın 20-də keçiriləcək.
Turnirə yanvarın 23-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]