Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası 13 idmançı ilə təmsil olunacaq.
AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Bu gün Polşaya yollanan boksçularımız noyabrın 14-də Vətənə dönəcəklər.
Qeyd edək ki, yarışın püşkü noyabrın 8-də atılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]